Mən həmişə fəxr etmişəm və bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam (H.Əliyev)

1941-ci ildən ömrünün sonuna qədər öz xalqı, vətəni, vətənin təhlükəsizliyi, firavan yaşaması, dünya xalqları arasına, dili, dini, ölkəsinin atributlarının tanınması, Azərbaycan bayrağının ən nüfuzlu dövlətlərin bayraqları arasında dalğalanması üçün çalışqan, ömrünü, həyatını xalqına qurban verən ulu öndər Heydər Əliyev bugünkü gənclərimiz üçün ən böyük örnəkdir. H.Əliyev irsinin öyrənilməsi, gəncliyimizin bu yönümdə tərbiyələndirilməsi üçün Bakı Şəhər üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası birlikdə tədbirlər təşkil edir,seminarlar keçirir, ulu öndərin həyat yolunun öyrənilməsi, xalq ,vətən üçün etdiklərinin işıqlandırılması, vətən sevgisi, onun təşkilatçılıq qabiliyyəti, tükənməz enerjisi, işgüzarlığı,təşəbüskarlığı haqqında ətraflı məlumatlar verilir.Bugünkü gənclik dərin zəka sahibi, həyatımın çox hissəsini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş. Ulu öndərin irsini davam etdirir, onun dilimizə,dinimizə verdiyi dəyərləri öyrənir, haqqında özünə layiq olan əsərlər yaradır, filmlər çəkir,şeirlər yazır,ürək sözlərini dünyaya çatdırmağa çalışırlar.H.Əliyev Azərbaycan xalqının və dünya azərbaycanlılarının tarixi örnəyi, qüruru, sevgi və ilham mələyidir. Bu mənbəyə olan sevgi heç vaxt tükənmir və işıqlı gələcək üçün çıraqdır, mayaqdır.