“ Dəyərlərimizi qoruyaq !”  adlı Novruz sərgisi

  Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı özlüyündə bütünlüklə rəsm əsəridir. Məktəbimizdə keçirilən növbəti rəsm müsabiqəsi də məhz yazın gəlişinə xüsusən də Novruz bayramına həsr olunmuşdur. Şagirdlər öz daxilində olan bayram coşqusunu və yazın gəlişi ilə bağlı sevinclərini çəkdikləri rəsm işlərində əks etdirmişlər. Çəkilən rəsmlər stend şəklində məktəbin foesində nümayiş etdirilmişdir. Məktəb kollektivi  sərgini maraqla izləmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi