III Bakı Elm Olimpiadasına hazırlıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəb şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.
Olimpiada 2 mərhələdə təşkil olunacaq. Birinci mərhələdə yüksək nəticə göstərən komandalar növbəti tura vəsiqə qazanacaqlar.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə(fizika,kimya, biologiya)olan marağını daha da artırmaq, nəzəri-təcrübi biliklərini təkmilləşdirmək və istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
Məktəbimizi 3 şagirddən ibarət bir komanda təmsil edəcək. Komanda üzvləri ilə görüş keçirildi, görüşdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev olimpiadada iştirak edəcək şagirdlərə olimpiadanın keçirilməsi haqqında təlimatı tapşırıqlarını verdi və buraxılış vərəqlərini təqdim edərək onlara uğurlar arzuladı