Çərşənbə iməciliyi

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərdə həyata keçirdiyi ekoloji layihələrdən biri də Novruz bayramı ərəfəsində keçiriləcək “ Çərşənbə iməcilikləri” layihəsidir ki, bu layihəyə və məktəbin tədbirlər planına uyğun olaraq məktəbyanı ərazinin iməciliyi keçirildi.Bu iməcilikdə müəllim və şagirdlərimiz çox böyük ruh yüksəkliyi ilə iştirak etdilər.Milli bayramımız olan “ Novruz bayramı”nın qarşılanması və çərşənbələrin təmizlik, mənəvi saflıq,şagirdlərimizin milli yönümdə tərbiyələndirilməsi, xalqımıza aid və xas olan bütün adət- ənənələrimizin saxlanılması nümayiş etdirildi.