Müəllimlərin sertifikasiya imtahanlarına hazırlığı

 Məktəbdə sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlər ilə məktəbdaxili görüş keçirildi.Görüşdə məktəbin riyaziyyat və xarici dil müəllimləri iştirak edirdi.
 Görüşdə əsas məqsəd BŞTİ tərəfindən 26.02.2024-cü il tarixində sertifikasiya görüşündə iştirak edən metodbirləşmə rəhbərlərinin sertifikasiyada iştirak edəcək fənn müəllimləri ilə maarifləndirici söhbətin aparılması idi.
 Əvvəlki sertifikasiya imtahanında iştirak etmiş ixtisas müəllimlərinin təcrübələri bölüşdü və qeyd olundu ki, sertifikasiya imtahanına hazırlıq məqsədi ilə müəllimlər əməkdaşlıq etməli, lazım olan istiqamətlərdə bir-birinə kömək olmaları tövsiyə olundu.
 Görüşdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev sertifikasiyada iştirak edəcək riyaziyyat və xarici dil müəllimlərinə öz tövsiyələrini verərək, onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi