IX siniflərdə peşəyönümlü işin təşkili

Müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar.
Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı müavin A. Vəliyeva və psixoloq K.Hüseynova peşəyönümlü işin təşkili ilə bağlı valideynlərlə və IX sinif şagirdlər ilə maarifləndirici söhbət apardılar.