1 Mart Ümumdünya Mülki Müdafiə günü

Məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə günü qeyd olundu.Məktəbin Mülki Müdafiə tədbirlər planına müvafiq II,V və VI sinif şagirdlərinə Mülki Müdafiə haqqında geniş və ətraflı məlumat verildi.
  Tədbirdə məktəbin direktoru,məktəbin qərargah rəisi,hərbi rəhbər,sinif rəhbərləri və digər müəllimlər iştirak etdilər.
  Mülki Müdafiənin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə şagirdləri yönəltmək,baş verə biləcək təbii fəlakətlər, yanğın,zəlzələ və qəza hadisələri zamanı təxliyyə olunmalarını öyrətməkdən ibarətdir.
  Tədbirdə şagirdlərə yaralılara ilkin tibbi yardımın göstərilməsi,əleyhqazlardan istifadə,yanğının söndürülməsi qaydaları haqqında məlumatlandırıldılar.Tədbir zamanı şagirdlər əyani bacarıqlarını  da nümayiş etdirdilər.
  Sonda rəhbərliyin iştirakı ilə şagirdlərin maarifləndirilməsi üçün qısametrajlı filmlər göstərildi.Göstərilən filmlərdə şagirdlərə yanğın zamanı,çimərlikdə təhlükəsizlik qaydaları,ildırım zamanı davranış qaydaları, məktəbdə yanğın zamanı,dəmqazından qorunmaq və məktəbdə zəlzələ zamanı davranış qaydaları haqqında məlumatlar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi