Xocalı abidəsinə ziyarət

18.02.2017-ci il tarixdə 35N-li tam orta məktəbin 4a sinif şagirdləri və valideyn kollektivi “Xocalı faciəsi” ilə əlaqədar Xocalı faciəsi qurbanlarına ucaldılmış abidə önünə qırmızı qərənfillər düzüb,ürək yandıran şeirləri ilə faciə qurbanlarını yad etdilər. Onlar sanki bu ağrını acını özləri yaşadılar. Şagirdlər bununla bir daha anladılar ki, düşmənə heç vaxt aman vermək olmaz. Bu vətən, bu torpaq onlarındır. Biz mütləq o torpaqlara qayıdıb üçrəngli bayrağımızı dalğalandırıb, düşmənə sübut edəcəyik ki, bu torpağın sahibi bizik. Onu siz mənfurlara vermək niyyətimiz yoxdur. Şəhidlərimizin , donub ölən körpələrin ruhunu şad edəcəyik.