ADA Universitetində görüş

Fevralın 21-də ADA Universitetində Azərbaycanın bir neçə ali təhsil müəssisəsini təmsil edən bir qrup təhsil tədqiqatçısının təşəbbüsü ilə Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının (AzERA) yaradılması və Avropa Təhsil Tədqiqatları Assosiasiyasına (EERA) üzvlüyünün elan olunması ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Avropa Təhsil Tədqiqatları Assosasiyasının prezidenti professor Marit Honerod Hoveid və vitse-prezidenti professor Lucian Ciolanın iştirakı ilə görüş təşkil olunub. Görüşdə Azərbaycanın təşkilatda təmsilçiliyi və Avropa Assosiasiyası ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyasının prezidenti, təhsil üzrə fəlsəfə doktoru Bakı şəhər 35 nömrəli məktəbin məzunu Cavid Cəfərov tədbir və Avropa Təhsil Tədqiqatları Assosiasiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verib. 
Qeyd edək ki, Bakı şəhər 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Pərvanə Talıbova ( Azad Müəllimlər İctimai Birliyinin sədri, AzERA nın idarə heyətinin üzvü ), Sədaqət Məmmədova və Nüşabə Mehtiyevanın da iştirak etdiyi tədbir öz işini fevralın 22-də davam etdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi