Mənim ana dilim- mənim kimliyim

Ana dilimiz, müqəddəs varlığımız hesab etdiyimiz doğma Azərbaycan dilimiz ulu Vətənimiz kimi tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, başı minbir bəlalar çəksə də, özünəməxsusluğunu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürülərək yaşamışdır. Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.
Məktəbin IV sinif şagirdləri və müəllimi Y.Bayramova 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı dərs keçdilər. Müəllim Azərbaycan dilinin tarixi, zənginliyi , rəngarəngliyi barədə məlumat verdi. Şagirdlər hazırladıqlarl təqdimatları nümayiş etdirdilər.Şeirlər, hikmətli kəlamlar, mahnılar ifa etdilər.