Peşə seçiminin əhəmiyyəti

Azərbaycan Respublikası Təhsil İnstitutunun "Peşə və ömürböyu təhsil"
şöbəsinin aparıcı mütəxəssisi Səftərova Xəyalənin rəhbərliyi ilə "Peşəyönümlü işin təşkili" ilə bağlı məktəbdə "Peşə seçiminin əhəmiyyəti"adlı təlim keçirildi
Təlimdə məktəbin VIII-IX sinif şagirdləri iştirak edirdi.Əvvəlcə şagirdlərə Peşəyönümlü işin təşkili ilə bağlı məlumat verildi, daha sonra" Peşə seçiminin əhəmiyyəti"ndən danışılarıq şagirdlərlə qrup şəklində təlim davam etdirildi.
Bu təlimin keçirilməsində əsas məqsəd uşaq vaxtlarından peşəni sevdirmək və düzgün peşənin seçilməsində onlara köməklik etməkdir.
Təlim zamanı şagirdlərin gələcək həyatı, quracaqları karyera seçdikləri seçimdən çox asılı olduğu qeyd olundu və peşəni, hansı ixtisası seçəndə elə etmək lazımdır ki, daha böyük uğurlara imza atmaq mümkün olsun, düzgün qərar qəbul edə bilməyiniz, yolunuzu özünüzün bilik və bacarıqlarınıza uyğun seçə bilməyiniz daha mühüm olduğu vurğulandı.
Sonda qeyd olundu ki, pis peşə yoxdur, onu yaxşı və pis edən də onun sahibləridir
Şagirdlər öz fikirlərini dialoq şəklində söylədilər və onları maraqlandıran suallar cavablandırıldı