Dərsdinləmələrin təhlili

 Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodiki Dəstək və İnkişaf Mərkəzinin komanda şəklində əməkdaşları tərəfindən məktəbdə 14 və 15 fevral tarixlərində ibtidai siniflərdə Azərbaycan dili, riyaziyyat və V-X siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili və bəzi fənlərin tədrisi vəziyyəti ilə bağlı dərsdinləmələr keçirildi.
Ümumilikdə 2 gündə 42 saat dərs dinlənildi.
 Dərsdinləmələrdən sonra  məktəb direktoru Rəna Naibova və təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyevin iştirakı ilə dərsdinləmələrin geniş şəkildə ümumi və fərdi formada təhlili aparıldı. Alt-standartın, təlim nəticəsinin, məqsədin, qiymətləndirmə meyarların,öyrənmə fəaliyyətin düzgün müəyyənləşdirilməsi kimi bir sıra meyarlar ön plana çəkilərək  MDPİM-in əməkdaşları tərəfindən dərslərin təşkili və gedişi, müəllimin dərsdəki fəaliyyəti,şagirdlərin dərsdə fəaliyyəti, dərsdə resurslardan istifadə və qiymətləndirmə kimi meyarları incəliklə təhlil etdilər.
 Müzakirə qarşılıqlı dialoq şəklində keçirildi.Sonda fənn müəllimlərini maraqlandıran suallar cavablandırıldı və müzakirədən razı qaldılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi