İngilis klubunun fəal təlimi davam edir

Məktəbdə keçirilən ingilis klubunun 4-cü təlimi çox fəal keçir.Hər həftənin cərşənbə günləri keçirilən təlim təlimçi Meri Bohmerin rəhbərliyi ilə maraqlı alınır. Müxtəlif məktəblərdən olan müəllimlər arasında sözün əsil mənasında sıx əməkdaşlıq, dostluq , həmkar münasibəti diqqəti cəlb edir.Bu günkü mövzu “Təlimdə bərabər imkanların yaradılması ”ətrafında fikirlər söylənilirdi.Qruplarda çox işgüzar işlər aparılırdı.Müxtəlif fikirlər dinlənildikdən sonra,Meri xanım qrupları cütlərlə işlə əvəz etdi.Və nəticədə müəllimlərin mülahizələri dinlənildikdən sonra belə qənaətə gəlmək olur ki,bütün şagirdlərə eyni təlim şəraiti yaradılır.Pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.Sistemlilik mütləq olmalıdır.Şagird pedaqoji prosesin mərkəzində dayanır.Tədris və təlim işi uşağın maraq və təlabatlarının ödənilməsinə,onun istedad qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Təlimçi Meri müəllimlərin işindən çox razı qalır və növbəti həftə üçün tapşırıq və göstərişlər verir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi