20 Yanvar rəsm sərgisi

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi . 20 Yanvara aid rəsm sərgisi təşkil olundu. Sərgidə şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayiş olundu. Şagirdlər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.