Metodiki Şuranın növbəti iclası

 Məktəbdə 2023/2024-cü tədris ilinin I yarımilinin sonunda keçiriləcək məktəbdaxili qiymətləndirmələrin(BSQ)təşkili barədə tövsiyələri məktəb kollektivinin diqqətinə çatdırmaq üçün Metodiki Şuranın növbəti iclası keçirildi.
  İclasda məktəbin direktoru Rəna Naibova iştirak edərək BSQ-nin təşkili ilə bağlı BŞTİ-nin tövsiyə xarakterli təlimatını pedaqoji kollektivə çatdırdı.
 BSQ-nin təşkilinin məktəb rəhbərliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcəyi, məktəb rəhbərliyi tərəfindən "Təşkilat", "Nəzarət" və "Yoxlama" komissiyalarının yaradıldığı, BSQ-nin keçirilmə qrafik- cədvəlinin tərtibi, onun təsdiqlənməsi, təsdiqlənmiş cədvəlin 12 yanvar 2024-cü il tarixinədək şagird və valideynlərin nəzərinə çatdırılması qeyd olundu.
  Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev isə öz çıxışında BSQ-nin 16 yanvar 2024-cü il tarixindən başlanacağını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"indən, qiymətləndirmə vasitələrinin məktəb rəhbərliyi və fənn metodbirləşmə rəhbərləri tərəfindən təsdiq olunmasını qeyd etdi.
 Sonda metodbirləşmə rəhbərləri,fənn müəllimləri və sinif rəhbərlərini maraqlandıran suallar cavablandırıldı və BSQ-nin obyektiv, şəffaf, düzgün aparılması üçün müəllimlərə ciddi tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi