VI-VII siniflərdə monitorinq keçirildi

Bakı Şəhər üzrə Təhsil İdarəsinin Fəaliyyət planına müvafiq Tədrisin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə məktəbin VI-VII siniflərində Təbiət və Azərbaycan tarixi fənlərindən monitorinq həyata keçirildi. Monitorinqdə şagirdlərə iki variantda 20 tapşırıq təqdim olundu. Tapşırıqların icrası üçün şagirdlərə 45 dəqiqə vaxt verildi.
Monitorinqin keçirilməsində əsas məqsəd müvafiq fənlər üzrə məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdən ibarətdir.
Keçirilən monitorinq məktəb rəhbərliyinin nəzarəti altında keçirildi