Erkən nikaha yox de !

Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı durur.
Məktəbin psixoloqu K. Hüseynovanın təşkilatçılığı ilə bu mövzuda maarifləndirici tədbir təşkil olundu. Tədbirdə məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar işi üzrə təşkilatçı müavin A. Vəliyeva və UBTR T. Məhərrəmova da çıxış etdilər, şagirdlərə tövsiyyələrini verdilər. Məktəbin IX sinif şagirdi mövzu üzrə çəkdiyi rəsm haqqında fikirlərini bölüşdü.Videoçarxlar nümayiş olundu, şagirdləri maraqlandıran sualları psixoloq cavablandırdı.