Monitorinq keçirildi

Dekabrın 14-də məktəbin VII-IX siniflərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin təlim nailiyyətlərini və buraxılış imtahanlarına hazırlıq mərhələsini yoxlamaq oldu. Şagirdlərə Azərbaycan dilindən 30,riyaziyyatdan 25 və ingilis dilindən 30 sual olmaqla cəmi 85 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.
Monitorinqin gedişatını məktəbin direktoru
R.Naibova,təlim-tərbiyə işləri üzrə direktor müavini A. Sofuyev və təyin olunmuş nəzarətçi müəllimlər izlədi.