Mənim Ulu Öndərim

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Məktəbin UBTR-ı T. Məhərrəmovanın təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş tədbir təşkil olundu.Tədbirdə videoçarxlar nümayiş olundu, şagirdlər şeirlər səsləndirdilər. Tədbirin sonunda Heydər Əliyevin 100 illiyi çərçivəsində qeyd olunan tədbirlərdə fəallıq göstərən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.