Adı olub, özü olmayan Xocalı.

XX əsrdə müsəlmanların son soyqırımı olan Xocalı faciəsi hər il olduğu kimi bu il də məktəbimizdə bir neçə gündür ürək yanğısı ilə qeyd edilir. Bu soyqırımın yaddaşlardan silinməməsi, gələcək nəsillərə çatdırılması üçün dərslər keçirilir. Hadisə haqqında filimlər nümayiş etdirilir, ətraflı məlumatlar verilir.Belə dərslərdən biri də VIIb sinifində keçirildi. Şagirdlər hadisəyə həsr olunmuş təqdimatlar hazırlamış, divar qəzeti çıxarmış, təxəyyüllərinə uyğun şəkillər çəkmiş, sərgi təşkil etmişlər.Bu dərs zamanı topladıqları məlumatları bir-biri ilə bölüşmüş, 25 ildir Xocalının tapdaq altında qalan abidələri, fəlakət zamanı öldürülən uşaqları, didərgin düşən,həsrətlə yaşayan insanları,əsir aparılan vətəndaşları və digər hadisələr haqqında məlumatları bölüşmüş, qısa filmə baxmışlar.“Xocalı faciəsi” tək bizim deyil, bütün dünya müsəlmanlarının faciəsi olduğu qeyd edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi