Zəlzələ zamanı davranış haqqında

 Ən qorxulu təbii fəlakətlərdən biri zəlzələdir.Zəlzələlər nəticəsində xeyli sayda insan itkisi olub, hətta bütöv şəhərlər yerləyeksan olub, yer üzündən silinib.
Azərbaycanda da zaman-zaman güclü və zəif ballı zəlzələlər hər zaman olub və olur.
 Bu gün  respublikamızda baş verən zəlzələ Bakı və bir sıra şəhərlərdə hiss olundu. Zəlzələ olduğu vaxt iş günü və məktəblərdə dərs vaxtına təsadüf etdiyindən şagirdlər arasında qorxu və təlaş oldu,ancaq buna  baxmayaraq məktəb rəhbərliyi hadisəyə reaksiya verərək şagirdləri qorxmamağa, təşvişə düşməməyə, sakit və təmkinli olmağa çağırdı. Hadisə zamanı məktəbdə şagirdlər tərəfindən zəlzələ vaxtı davranış qaydalarına əməl olundu.
 Rəhbərlik pedaqoji kollektivlə  toplantı keçirdi. Məktəbdə və siniflərdə şagirdlərin zəlzələ zamanı davranış qaydalarına əməl etmələrinə bir daha sinif rəhbərləri və fənn müəllimlərinə göstəriş verdi.
 Dərs prosesi adi günlərdə olduğu kimi davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi