Nümunəvi dərslər keçirilir

6b sinfində"Təbiət" fənnindən Paşayeva  Sevilin "Ağ ciyərlərdə qazlar mübadiləsi necə baş verir"mövzusunda nümunəvi dərsi keçirildi.
 Dərsdə müasir təhsil sisteminin qruplarla iş, fərdi iş, cütlərlə və kollektivlə iş kimi üsullarından istifadə olundu.
  Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev, metodbirləşmə rəhbəri və digər fənn müəllimləri iştirak etdilər.
 Sonda dərsin müzakirəsi keçirildi. Dərs zamanı meyarlar, dərsin təşkili və gedişi, müəllimin dərsdəki fəaliyyəti, şagirdlərin dərsdə fəaliyyətləri, dərs zamanı resurslardan istifadə və qiymətləndirmə xüsusilə qeyd olundu. Dərsin müəllim tərəfindən sistemli və ardıcıl təşkil olunduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi