Qiçslə mübarizə günü  

   Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Məktəbdə Qiçslə mübarizə gününə həsr olunmuş tədbir keçirildi. Tədbir biologiya müəllimi S. Axumdova tərəfindən təşkil olunmuşdu.Şagirdlər mövzu üzrə çıxışlar etdilər. Tədbirdə məktəbin psixoloqu K.Hüseynova şagirdləri maarifləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi