“İngilis dili klubu”nun işgüzar təlimləri davam edir

Məktəbdə hər həftənin çərşənbə günləri “İngilis dili klubu“nun təlimləri keçirilir.Təlimi Amerika səfirliyinin əməkdaşı Meri Bohmer aparır.Bakı Şəhəri Təhsil İarəsinin tabeliyində olan 12 inzibati rayon üzrə pilot məktəblərin ingilis dili müəllimləri təlimdə iştirak edirlər.Məktəbin bu günki qonağı Bakı Şəhəri Təhsil İdarəsinin İnkişaf Layihələr Sektorunun məsləhətçisi Səkinə Ağalarova oldu. Səkinə xanım “İngilis dili klubu“nun gördüyü işlərlə maraqlandı,növbəti görməli işləri müəllimlərlə məsləhətləşdi.Baxmayaraq ki, Səkinə xanım hər təlimdən sonra, klubun işi barəsində təlimçi Meri xanım və ingilis dili müəllimləri ilə müntəzəm əlaqə saxlayır, o əyanı surətdə klubun fəaliyyətini gördü və klubun işindən çox razı qaldı.Təlimdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Vəliyeva iştirak edirdi. Məktəbin ingilis dili müəllimlər Sədaqət Məmmədova və Pərvanə Talıbovanın müəllim və şagirdlər üçün keçirtdiklərin təlimlər barədə məlumat verdi. İngilis dili klubunun müəllim və şagirdlərə necə müsbət təsər göstərdiyini vurğuladı. Məktəb rəhbərliyinin klubun işinə yaxından köməklik göstərdiyini qeyd etdi.”İngilis dili klubu”nun təlimçisi Meri xanıma, Səkinə xanıma və bütün təlimdə iştirak edən müəllimlərə ən xoş arzularını çatdirdı.Səkinə xanım yaxın vaxtlarda məktəb şagirdlərinin “ II İngilis dili Olimpiadası” və “İngilis dili müəllimlərinin forumu” haqqında müəllimlərə məlumat və göstəriş verdi.Şagirdlərin və müəllimlərin iştirakının təmin edilməsini onlara tapşırdı.İngilis dili danışıq klubunun işinə uğurlar və müvəffəqiyyətlər arzuladı.