Yanğın zamanı nə etməliyik

Çox vaxt yanğın baş verən zaman uşaqlar qorxur və gizlənirlər. Bu ondan irəli gəlir ki, uşaqlar nə etmək lazım olduğunu və hansı təhlükənin onu gözlədiyini bilmir. Məlumatsızlıq təlaş yaradır. Başlıcası təlaşa düşməməlidir. Təhlükədən qaçmaq asandır. Əgər sakit və ağıllı hərəkət edirsənsə. Təlaş - həmişə ağıllı çıxış yolu tapmaq qabiliyyətini itirməyə səbəb olur.
Bu vacib məlumatları uşaqlara başa salmaq böyüklərin vəzifəsidir. Başlıcası, bu, sadəcə anlatmaqla, bir oyun növü kimi də ola bilər. Uşaqlar bu lazımi məlumatları aldıqda qorxmamalıdırlar. Qorxu təlaşa səbəb olur.
Dövlət Yanğın xidməti əməkdaşları məktəbdə yanğın zamanı nə etməli olmaqları barədə maarifləndirici tədbir keçirdilər. Tədbirdə Yanğına qarşı təbliğat şöbəsinin böyük inspektoru F. Həsənov və daxili xidmət mayoru və 2 -ci Dövlət Yanğın Nəzarəti idarəsinin böyük inspektoru və xidmət mayoru V. Həsənzadə şagirdlərə mövzu üzrə videoçarx nümayiş etdirdilər. Yanğın zamanı nə etməli olduqlarını əyani şəkildə göstərdilər.