Azərbaycanın Milli Qəhrəmanı Mübariz yad edildi

07.02.2017-ci il tarixində məktəbin 6b sinfində Mübariz İbrahimov doğum gününə həsr olunmuş dərs keçirildi.Dərs ingilis dili müəllimi Sədaqət Məmmədova tərəfindən keçirildi. Şagirdlərə M.İbrahimov haqqında məlumat verildi. Şagirdlər Milli qəhrəman haqqında yazdıqları esse yazıları oxudular və müzakirələr oldu.Mübariz İbrahimov haqqında video çarx göstərildi.Sədaqət müəllimə əlavə olaraq bildirir ki, M.İbrahimovun 6 saat döyüşdükdən sonra düşmənin 140-dan çox əsgər və zabitini məhv etmişdir.Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda,bizlər üçün canından keçmişdir. Onun ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır.Özünün də dediyi kimi Vətən Sağ Olsun! Allah rəhmət eləsin, qəbri nurla dolsun,yeri cənnətlik olsun... Amin!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi