Reproduktiv sağlamlıq məşğələsi 

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” hazırlanmış və istifadə olunması üçün bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilmişdir. Məktəbin biologiya müəllimləri “ Reproduktiv sağlamlıqla” bağlı məşğələlər keçirdi.   Biologiya müəllimi S. Paşayeva VIII sinif şagirdləri ilə “ Gigiyena və sağlamlıq” , IX sinif şagirdləri ilə “ Gəncliyin ilk baharı” mövzusunda məşğələ keçirdi. VIII sinif şagirdləri ilə S. Axundova “ Düzgün qidalanma “ mövzusu ilə bağlı məşğələ keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi