Narkomaniyaya yox deyək!

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Məktəbdə
“ Narkomaniyaya yox deyək ” adlı tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu K. Hüseynova mövzu üzrə çıxış edərək şagirdləri maarifləndirdi, videoçarx nümayiş etdirdi. Mövzu ilə əlaqədar məktəbin Təlim-tərbiyə işi üzrə direktor müavini A. Sofuyev, şagirdlərlə dərsdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı müavin A. Vəliyeva, UBTR T. Məhərrəmova və məktəbin həkimi S. Ələkbərova çıxış etdilər. Gənclərimizi, uşaqlarımızı bu bəladan uzaq tutmaq, onlarla “ ağ ölüm”ün fəsadlarından danışdılar.