Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.Elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə geri dönüb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə yollanıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitləri üzərinə hücum edir, çox sayda düşmən döyşçüsü məhv edir. Düşmən tərəfi üstünə bir bölük ordu gəldiyini düşünür. Erməninin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Şəhidin doğum günü məktəbimizdə də qeyd edildi. Bu münasibətlə məktəbin foyesində şəhidin əziz xatirəsini yad etmək məqsədi ilə sərgi yaradıldı.Şagirdlər sərgiyə böyük həvəs və maraqla tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi