Məktəbdə işin təşkili təlimi

Fənlərin tədrisi keyfiyyətinin artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına şəraitin yaradılması məqsədi ilə məktəbdə məktəb rəhbərinin təşəbbüsü ilə bir saatlıq nümunəvi dərs təlimi keçirildi.
Təlimi məktəbin tarix müəllimi, metodbirləşmə rəhbəri Musayeva Zinaida təşkil etdi.
Təlimdə məktəb rəhbərliyi, metodbirləşmə rəhbərləri, fənn müəllimləri iştirak edirdi. Təlim müəllimlərin gündəlik icmalı əsasında dərsin təşkilinə həsr olunmuşdu.Əsas məqsəd icmalın işlənilməsində tarix, mövzu, alt standart, təlim nəticəsi, qiymətləndirmə meyarı, qiymətləndirmə üsulu, öyrənmə fəaliyyəti və refleksiya haqqında xatırlatmaqlar oldu. Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı və müəllimləri maraqlandıran suallar cavablandırıldı. Fənn müəllimləri təlimin keçirilməsindən razı qaldıqlarını, ondan faydalandıqlarını qeyd etdilər