Metodiki Şuranın növbəti iclası

Payız tətili günlərində məktəbin Metodiki Şurasının növbəti iclası keçirildi. İclasda məktəbin direktoru Rəna Naibova metodbirləşmə rəhbərləri, qabaqcıl fənn müəllimləri və metodbirləşmə üzvləri iştirak etdilər.
İclasda iştirak edən məktəbin direktoru Rəna Naibova tədrisin təşkili ilə bağlı məsələləri qeyd elədi. Daha sonra RFO - da iştirak edəcək şagirdlərin məsələləri müzakirə olundu.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev tədrisin keyfiyyətinin yüksəldilməsində dərsdinləmələrin rolundan danışdı, metodbirləşmə rəhbərlərinə dərsdinləmə cədvəlinə uyğun dərsdinləmələrin həyata keçirilməsi tapşırığı verildi.
Sonda mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı