Fənn müəllimləri ilə görüş

Təqvimdə 16-20 noyabr tarixlərinin payız tətili olduğunu nəzərə alaraq payız tətilində məktəbin direktoru Rəna Naibovanın iştirakı ilə sinif rəhbərləri və fənn müəllimlərinin görüşü keçirildi.
Görüşdə əsas məqsəd payız tətilidən sonra şagirdlərin dərslərə davamiyyəti, nizam-intizam qaydalarına əməl etmələri, fənn müəllimlərinin məktəb sənədlərinin qaydasında olması, sinif jurnallarının işlənilməsi kimi məsələlər ön plana çəkildi.
Görüşdə iştirak edən direktor müavinləri də qarşıda duran əsas məsələlərə toxunaraq hamıya növbəti dərs günlərində uğurlar arzuladılar