Azərbaycan-Bizim şərəfimiz

Bakı şəhər 35 №li tam orta məktəb ilə Azad Müəllimlər Birliyi birgə 17 noyabr 2023-cü ildə təşkilatımızın nəzdində yaradılmış və bu günə qədər həm bizim təşkilatda, həm də Amerikada Təhsil Almış Azərbaycanlıların Assosiasiyasında fəaliyyət göstərən, ölkəmizin əksər bölgələrində qolları və üzvü olan “Enjoy English Club”ın “Azerbaijan - Our Honour ” adlı 18-ci konfransını keçirtdi. Konfransın Mərkəzi “Story Telling Corner” adlı İngilis dilində danışıq klubunun yerləşdiyi Bakı şəhər 35 №-li məktəb idi.Konfransda Respublikamızın müxtəlif yerlərindən qonaqlar və ümumtəhsil məktəblərinin- Yevlaxın, Sumqayıtın, Zəngılanın, Bakı şəhər Ankara Liseyinin, Bakı şəhər 58 nömrəli məktəbin, Bakı şəhər 46 nömrəli məktəbin, Bakı şəhər 164 nömrəli məktəbin, Bakı şəhər 23 nömrəli məktəbin, qonaqlara sevgi dolu qucaq açmış 35 nömrəli məktəbin müəllim, valideyn və şagirdləri iştirak edirdi.
Azərbaycanın Dövlət Himni səsləndikdən sonra bütün Qarabağ Şəhidlərimiz Konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.Konfrans iştirakçılarını salamlamaq üçün söz 35 nömrəli tam orta məktəbin direktoru Rəna Naibovaya verildi. O məktəbin ingilis dili müəllimlərinin gördükləri işlərdən və uğurlarından konfrans iştirakçılarına məlumat verdi. Azad Müəllimlər İctimai Birliyinin sədri, 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi PərvanəTalıbova konfrans iştirakçılarını salamlayaraq təşkilatın məqsədi və bu günə qədər həyata keçirdiyi layihələr haqqında qısa məlumat verdi.
American Council-ın nümayəndəsi Lalə Məmmədova, Azərbaycan Dillər Universitetinin əməkdaşı Nərgiz xanımın təbriki və əməkdaşlıq təklifləri böyük maraqla qarşılandı. ARTİ-nin əməkdaşı Aygün İsgəndərova da qonaqlar arasında idi.
35 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Fuadın təqdimatnda Qarabağın unudulmaz yaxın tarixini bir də xatırladıq. “Fun English Club” ın və ”Story Telling Corner” in üzvləri hazırladıqları bədii çələngi
Konfrans iştirakçılarına təqdim etdilər.
Məktəblilərin səsləndirdikləri şeirlər və mahnılar, göstərdikləri rəqs nömrələri alqışlarla qarşılandı. Məktəbin üçüncü mərtəbəsində təşkil edilmiş bölmələrdə Azərbaycanımızın müxtəlif rayonlarından və paytaxtımızın müxtəlif məktəblərindən olan məktəblilərin təqdimatları çox yüksək səviyyədə keçdi. Təqdimatlardan sonra Akt Zalında yüksək bacarıq nümayiş etdirən təşkilatçılar, təqdimatçılar və iştirakçılar sertifikatlarla qiymətləndirildilər, daha
sonra çay süfrəsi arxasında birgə
olmaq hər kəsə xoş oldu.