Bullinq sosial psixoloji problem kimi

Son zamanlar məktəblilər arasında zorakılıq, psixoloji terror halları xeyli artıb. Uşaqlar aralarında daha zəif olanı və ya onlardan seçiləni təqib edir, döyür, ələ salır. Psixologiyada buna bullinq deyilir. Bullinq - psixoloji terror, bir nəfərin başqası tərəfindən təqib olunması, zor tətbiq etməsi, aqressiv davranışdır. Belə halların qarşısının alınması üçün davamlı təbliğat və maarifləndirmə işləri də həyata keçirilməlidir. Məktəbin psixoloqu K. Hüseynova şagirdlərə “Bullinq sosial psixoloji problem kimi “ mövzusunda maarifləndirici dəyirmi masa təşkil etdi. Şagirdlərə mövzu üzrə videoçarx nümayiş olundu. Onları maraqlandıran suallar cavablandırıldı.Tədbirdə məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva da iştirak etdi, şagirdlərə tövsiyyələrini verdi.