IV siniflərdə monitorinq

Məktəbin Fəaliyyət Planına əsasən IV siniflərdə monitorinq keçirildi. Keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, tədrisin vəziyyətinin ölçülməsi, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsindən ibarətdir.
Məktəb rəhbərliyinin nəzarəti altında keçirilən monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama və dil qaydaları məzmun xətləri, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, ölçmə məzmun xətlərini əhatə etmişdir. Hər fənn üzrə səviyyələrə uyğun 15 sual təqdim olundu və sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verildi