Hüquq və vəzifələrimizi bilək

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Məktəbin uşaqlarla məktəbdənkənar və simifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva, UBTR T. Məhərrəmova və psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “ Hüquq və vəzifələrimizi bilək ” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Şagirdlər hüquqları ilə bağlı rəsmlər çəkmişdilər, mövzu üzrə şagirdlərə slayd təqdim olundu, onları maraqlandıran suallar cavablandırıldı və şagirdlər öz fikirlərini söylədilər.