Gənclər günü

Məktəbin tərbiyə işlər üzrə direktor müavini Aygün Vəliyeva məktəbin 9a sinif şagirdləri ilə “Gənclər günü” mövzusunda dəyirmi masa keçirildi.Şagirdlərə “ Gənclər günü” mövzusunda video çarx göstərildi. Bu mövzuda müzakirələr aparıldı. Aygün müəllim məlumat verdi ki, 2 fevral günü “Gənclər günü” kimi elan olunması Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intelektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider H.Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir,onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini,elmin, təhsilin inkişafı,ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti Cənab İlham Əliyev Tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.Biz gənclərimizin dövlətçiliklə bağlı, intelektual,yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.