8 Noyabr - Zəfər Günü

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. 8 noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.
Məktəbin kitabxana müdiri M. Qasımovanın təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş kitab sərgisi keçirildi. Sərgidə bugünə
həsr olunmuş kitablar nümayiş olundu.