Zəfər Günü

Bu gün məktəbimizdə "Zəfər müjdəli Azərbaycanım" adlı unudulmaz və qürürlu anlarla dolu tədbir  keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. Vətənimizin məğrur övladlarından biri, məktəbin nurüzlü  şəhidi  Elman Babaxanovun ailəsi  və yaxın dostları  da bu möhtəşəm tədbirə təşrif buyurmuşdular. . Bütün yaş qruplarından olan məktəb  şagirdlərinin ifasında  çox maraqlı şeir, musiqi və rəqs nümunələri nümayiş olundu. Məktəb müəllimlərinin  də  vətənpərvərlik hissləri ilə zəngin  təqdimatları tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Belə tədbirlərin mütəmadi olaraq təşkili və keçirilməsi daim şagirdlərdə vətənə, dövlətə, xalqa olan  sevgini artırır və onların gələcək nəsillərə ötürülməsini təmin edir. 
Biz, hər zaman vətənimizin şəhidlərini ehtiramla yad edir, onların xatirəsini uca tuturuq! Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi