Esse müsabiqəsi
44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərindəki tam qələbəsi haqqın-ədalətin şər üzərində qələbəsi idi.
Zəfər Günü xalqımızın ən əziz, ən şərəfli günləri sırasında yer alıb. Allah bu günü, bu şərəf və qüruru bizə bəxş etmiş qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz bu möhtəşəm Qələbəyə görə onlara borcluyuq. 5 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Zəfərə aparan 44 gün “adlı esse yazı müsabiqəsi keçirildi. Məktəbin şagirdi Əhmədzadə Yağmur 1-ci yer tutmuşdur.