Əsgərə məktub

Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu Parkı”nda Zəfər günü münasibətilə "Əsgərə məktub " layihəsi keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məktəbin UBTR-ı T. Məhərrəmovanın təşkilatçılığı ilə şagirdlər həmin tədbirdə iştirak etdilər. İgid əsgərlərə məktub yazdılar. Şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihə davamlı keçirilir.