Gürcustanda keçirilən 7-ci Cənub Qafqaz Regional konfransında Azərbabcanı layiqincə təmsil edən müəllimimiz

Məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova 27-28 yanvar tarixlərində Gürcüstanda ingilis dili müəllimləri üçün keçirilən 7-ci Cənub Qafqas Regional “İngilis dilinin tədrisində Texnolagiya və innovasıyaların tətbigi” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak edib.Azərbaycan üzrə müəllimlərə rəhbərlik edən Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Katren Boymer və təhsil üzrə mütəxəssisi Raminə Mürşüdlü idi. Konfrans 8 ölkənin nümayəndlərini təmsil edən Gürcüstanın Qara Dəniz Universitetində keçirildi. Amerikanən Azərbaycandakı Səfirliyi, Mədəniyyət Nazirliyi,Təhsil Nazirliyinin dəstəyi ilə noyabr ayında başa çatan,300 nəfərdən çox müəllimin qatıldığı müsabiqədən 35 nəfərin seçildiyi proqramın qalibi ,peşəkar müəllimimiz konfransda təqdimatla çıxış etdi.”Critical Thinking Approach in ELT”-“Tənqidi təfəkkürün ingilis dilinin tədrisində tətbiqi” mövzusunda poster təqdimat bütün konfrans iştirakçılarının diqqətini çəlb etmiş,30 dəqiqə davam edən təqdimat ,müəlliməyə xarici müəllim və mütəxəssislər tərəfində verilən suallarla bitdi.Həmin gün ,27 yanvar tarixində bütün konfrans iştirakçılarını Amerikanın Gürcüstandakı səfiri cənab Ricard Moninqstar öz igamətgahına dəvət etmişdi.Nahar süfrəsi arxasında keçən işgüzar söhbətlər , müxtəlif ölkələrdən olan müəllimlər arasında çox səmimi , yadda qalan görüş 1 saat davam etmiş, sonda xatirə şəkli çəkdirildi.Konfransın 2-ci günü 28 yanvar müxtəlif mövzularla keçirilən təqdimat dərsələrlə davam etmiş iştirakçılara və təqdimat dərsləri verən müəllimlərə sertifikatlar verilib.Proqramın rəhbəri Con Silver çıxış edərək, konfransın işindən, peşəkar ingilis dili müəllim və mütəxəssislərin yüksək səviyyədə iştirakından məmmun olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi