İbtidai siniflərdə fənn aylığı
Bakı şəhəri 35N-li tam orta məktəbdə məktəbin fəaliyyət planına əsasən ibtidai siniflər üzrə fənn aylığı keçirildi.Ay boyunca məktəbin müdiriyyəti və məktəbin qabaqcıl və təlimçi müəllimlərindən ibarət təşkil olunmuş komissiya tərəfindən müəllimlərin dərsləri dinlənildi,yeni təlimin tələblərinə uyğun dərslərin təşkili,müəllimlərin dərslərə hazırlığı vəziyyəti öyrənildi.Ay ərzində ibtidai siniflərdə 2a,4a siniflərdə Azərbaycan dili, 2b,3a,3b,4b siniflərində riyaziyyat fənlərindən açıq dərs keçirildi.Dərslər kurikulum üsulu ilə,müasir təchizatlarla qurulmuşdu.Dərslərdə məktəbin direktoru R.Naibova, direktor müavinləri A.Sofuyev ,A.Vəliyeva,təlimçi müəllimlər S.Məmmədova,P.Talıbova və digər fənn müəllimləri iştirak etdilər. Müəllimlərə lazımı tövsiyələr verildi.