Fənn müəllimləri ilə görüş

Məktəbin fənn müəllimləri, sinif rəhbərləri və fənn metodbirləşmə rəhbərləri ilə birgə iclası keçirildi. İclasda məktəbin direktoru R. Ə. Naibova, direktor müavinləri A. K. Sofuyev və A. L. Vəliyeva iştirak edirdi.
Naibova tədrisin səmərəli təşkili, tədrisdə keyfiyyət dəyişikliklərinə nail olmaq, məktəbin illik və aylıq iş planlarının yerinə yetirilməsi haqqında çıxış edərək fikirlərini bildirdi.
Direktor müavinləri öz çıxışlarında fənn metodbirləşmə işlərindən, sinif jurnallarının işlənilməsindən, gündəlik icmalların işlənilməsindən, perspektiv planlaşdırmanın yerinə yetirilməsindən, şagirdlərin qiymətləndirilmələrindən,şagird gündəliklərinin işlənilməsindən,davamiyyət, şagird davranışları kimi məsələlərə toxunaraq bir sıra tövsiyyələr verdilər.
İclasda qeyd olunan məsələ ətrafında müzakirə aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.