Metodbirləşmə rəhbərlərinin iclası

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A. K. Sofuyevin rəhbərliyi ilə metodbirləşmə rəhbərlərinin iclası keçirildi.
İclasda 2023-2024-cü tədris ili üçün 1-7 noyabr tarixləri ərzində Respublika fənn olimpiadasının, fənn müsabiqələrinin və Lütfi Zadə adına Məntiq olimpiadasının məktəb mərhələsinin keçirilməsi haqqında ətraflı məlumat verildi.
Respublika fənn olimpiadası riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Qeyd olundu ki, bu elm yarışında IX, X, XI sinif şagirdləri və xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirak etmələrinə icazə verilir.
Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak edə bilərlər. Yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən V sinif şagirdlərinin aşkara çıxarılması üçün Lütfi Zadə adına Məntiq olimpiadasının keçirilməsi təşkil olunacaq.
Adları qeyd olunan müsabiqələrə hazırlıq işlərinin görülməsi məqsədilə metodbirləşmə rəhbərlərinə bir sıra tapşırıq və göstərişlər verildi.
İclasda bu tipli elm yarışlarının daha səmərəli keçirilməsinin təşkili üçün müzakirələr aparıldı.