İntiharın profilaktikası

   Hazırda intihar, çox mürəkkəb qlobal bir fenomendir və bu bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir. Uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir.

  Məktəbin psixoloqu K. Hüseynovanın təşkilatçılığı ilə “İntiharın profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavin A.Vəliyeva və UBTR T. Məhərrəmova da çıxış etdilər. Sonda şagirdlər mövzu üzrə öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi