Məktəbdə iməcilik keçirildi

2016-2017-ci tədris ilinin I yarımili başa çatmaq üzrədir.Məktəbin tədbirlər planına uyğun olaraq Bakı şəhəri 35 N-li tam orta məktəbdə məktəbin pedaqoji və şagird kollektivi yarımilin son günündə dərs prosesinə mane olmadan iməcilik təşkil etmişlər.İməcilikdə məktəblilər və pedaqoji işçilər məktəbin həyətində,sinif otaqlarında və məktəbin dəhlizlərində bir sıra işlər apardılar.Məktəbin həyətində təmizlik işləri aparıldı,ağaclara qulluq göstərildi.Məktəbin dəhlizlərində təmizliyə,sinif otaqlarında güllərə,səliqə-səhmana xüsusi diqqət yetirdilər.Kollektiv böyük ruh yüksəkliyi ilə iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi