Azərbaycan dili-milli varlığımızdır

Xalqların inkişaf yolu və tarixinə nəzər saldıqda bir daha bəlli olur ki, millətlərin mövcudluğu və tərəqqisi üçün vacib şərtlərdən biri Ana dilinin qorunmasıdır. Hər bir millətin təşəkkülündə, milli birliyin formalaşmasında zəruri amillərdən biri olan dil həm də özündə xalqların keçdiyi tarixi yolu, onların mədəni səviyyələrini ehtiva edir. Bu mənada təm qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan dili də xalqımızın milli sərvətidir.Məktəbin kitabxana müdiri M. Qasımova və şagirdlərlə məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəluyeva “ Azərbaycan dili-milli varlığımızdır” mövzusunda tədbir təşkil etdilər. Şagirdlər şeirlər səsləndirdilər, çıxış etdilər.