V sinif şagirdlərinin adaptasiyasına dəstək məqsədilə həmin siniflərdə tədris aparan müəllimlərlə konsultativ iş

Adaptasiya çətinliyi insanlarda, xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəldiyimiz hallardan biridir. Orta təhsilə keçid pilləsində də uşaqlarda bəzi problemlər olur. Məktəbin psixoloqu K. Hüseynova və şagirdlərlə məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı müavin A. Vəliyeva V siniflərdə tədris aparan müəllimlərlə söhbət apardı. Onları maraqlandıran suallar cavablandırıldı.