Zəfər yolu

Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə 27 Sentyabr Anım Günü ilə əlaqədar “Zəfər yolu” mövzusunda keçirilmiş inşa müsabiqəsinin iştirakçılarına diplomlar verildi. Diplomlar məktəbin direktoru R.Ə.Naibova tərəfindən inşa müsabiqəsinin qaliblərinə və fərqlənənlərə təqdim olundu. Məktəb rəhbərliyi və fənn müəllimləri şagirdləri qazandıqları uğura görə təbrik etdilər və onların vətənpərvər, fəal vətəndaş kimi yetişmələrində məktəbimizin oynadığı mühüm roldan danışdılar.